Azərbaycan Respublikasının Xalq şairi, yazıçı, esseist, kinossenarist, tərcüməçi Rövşən Ramiz Məmmədəli oğlu Bakı Sağlamlıq Mərkəzində müalicə olunub

Azərbaycan Respublikasının Xalq şairi, yazıçı, esseist, kinossenarist, tərcüməçi Rövşən Ramiz Məmmədəli oğlu Bakı Sağlamlıq Mərkəzində müalicə olunub. Xalqımızın sevimli şairi, 77 yaşlı pasiyentimiz Mərkəzimizə arterial hipertenziya, limfoödem diaqnozları ilə müraciət edib. Bakı Sağlamlıq Mərkəzinin terapiya şöbəsinin rəhbəri Zakir Quliyev və komandası tərəfindən stasionar şəraitdə müalicəsi aparılan Ramiz Rövşən tətbiq olunan müalicələrdən sonra qısa zaman ərzində şikayətlərindən azad olmuş şəkildə, sağlamlığına qovuşaraq bugün evə yazıldı. Təkcə şeirləri ilə deyil, ssenariləri ilə də Azərbaycan mədəniyyətinə töhfə verən Ramiz bəyə bədii yaradıcılığında uğurlar və sağlam həyat arzu edirik. #bakısağlamlıqmərkəzi #bakısağlamlıq #öncəsağlamlıq #bakuhealthcenter

Diqər xəbərlər